Çərşənbə, 01 May

"İrəvana "yox", Kremlə "bəli" - Lukaşenkonun açıqlamaları erməniləri QƏZƏBLƏNDİRDİ - VİDEO

image

Ermənilər Lukaşenkonun KTMT-nin baş katibi ilə söhbərində açıqlamalarından çox qəzəbləniblər.

Xəbər verilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşündə KTMT ölkələrini Ukraynadakı müharibə fonunda siyasəti müəyyən etməyə çağırıb.

O bildirib ki, KTMT Ukrayna ilə Rusiya arasında münaqişədən yan keçə bilməyəcək.

“Əgər kimsə (KTMT üzvləri) fikirləşsə ki, Ukrayna və Rusiya ilə münaqişə bizim münaqişəmiz deyil, biz hardasa sakit otura bilərik, bu baş verməyəcək.

Zaman gələcək (uzaqda deyil, sözün əsl mənasında sabah), bunun üçün qətiyyətli olmaq, müəyyən mövqe tutmaq lazımdır. Mən bunu milli maraqların və s. zərərinə demirəm. Amma bütün müttəfiq çatışmazlıqlarımıza baxmayaraq, biz birlikdə hərəkət etmək üçün öz siyasətimizi, xəttimizi dəqiq müəyyən etməliyik”,- deyə Lukaşenko qeyd edib.

Ermənilər Lukaşenkonun bu açıqlamalarından hiddətləniblər.

“İrəvana “yox”, Kremlə “bəli” ?!

Lukaşenkonun yaxın dostu və müttəfiqi Vladimir Putin məsələsində Minskin səmimiyyəti çılpaqlığı ilə göz qabağındadır, təhlükələr əsaslıdır. Ermənistan məsələsində isə Azərbaycan ilə anlaşma qurmaq lazım idi.

Bu mənada İrəvanın KTMT-dən şikayətləri haqlıdır.

Sentyabrda Azərbaycanın “hücum”undan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin təcili iclasını çağıraraq, təşkilatdan başçılara siyasi qərar verməsini tələb edib.

Görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyana Ermənistanın güclənməsinə qarşı sərt münasibətlə seçilib.

O, rəsmi İrəvanı özünün də “bizimki” adlandırdığı Əliyevlə oturub söhbət aparmağa çağırıb.

Daha sonra İrəvanda keçirilən KTMT Şurasının iclası nəticəsində Ermənistanla bağlı qətnamə qəbul olunmayıb.. Təşkilatda Ermənistan tərəfinin son anda düzəlişlər təklif etdiyini əsaslandırıblar.

İrəvanda isə qeyd ediblər ki, sənəddə Azərbaycanın hərəkətlərini pisləyən konkret qiymət yoxdur.

Biz indi anlayırıq ki, Lukaşenko Putindən daha çox Putin olmaq qərarına gəlib. Yəni KTMT Paşinyana “yox”, Putinə “bəli” deyir”, – deyə erməni qəzeti “Hraparak” yazıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42